Maraqlı hadisə Polşanın Pşemısl şəhərində baş verib.
Lent.az xəbər verir ki, şəhərdəki banka gələn qadın işçilərdən birinin saçından tutaraq pulları verməsini tələb edib. Soyğunçunun əlində bıçaq olduğundan ətrafdakı qadınların heçş biri həmkarlarına kömək edə bilməyib. Bu zaman bankda olan 91 yaşlı nənə əsası ilə soyğunçunun qoluna zərbə endirib. Fürsətdən istifadə edən bank əməkdaşları onu saxlayaraq polisə təhvil veriblər. 91 yaşlı qadın isə mükafatlandırılıb.