84 yaşlı qadın süni intellektin  yaratdığı kişiyə aşiq oldu
27 mart 2026 18:19 (UTC +04:00)

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

0

Çində yaşayan 84 yaşlı qadın süni intellekt tərəfindən yaradılmış bir kişi obrazına aşiq olub və onunla “münasibətlərə” gündə 10 saata qədər vaxt sərf edib.

Lent.az xəbər verir ki, “South China Morning Post”un məlumatına görə, qadın ona sevgi məktubları yazıb və romantik münasibətdə olduqlarına inanıb.

Ailəsinin sözlərinə görə, təqaüdçü Çjan Yulan Çin romantik hekayələrində məşhur olan “qüdrətli prezident” tipli obrazla maraqlanmağa başlayıb. Söhbət yalnız rəqəmsal videolar şəklində mövcud olan Szyango adlı personajdan gedir.

Qadın təkcə onun videolarına baxmaqla kifayətlənməyib, həm də baş verənləri real münasibət kimi qəbul edib. Məktublarından birində o, “sevgilisindən” mübahisəyə görə üzr istəyib və onun hələ də özünü “mehriban və zərif” hesab edib-etmədiyini soruşub.

Ailə bu vəziyyətdən qadının həmin obrazla bağlı məhsullara 1000 dollardan çox pul xərclədikdən sonra xəbər tutub. Daha sonra o, “süni intellekt personajı”nın tövsiyələri ilə kitablar və digər məhsullar da alıb.

Yaxınlarının müraciətindən sonra həmin hesab Çin tənzimləyiciləri tərəfindən internet fırıldaqları ilə mübarizə çərçivəsində bloklanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar