80 sent pul qoyub 200 000 avro qazandı
02 yanvar 2022 20:42 (UTC +04:00)

80 sent pul qoyub 200 000 avro qazandı

40 yaşlı fransız qadının bəxti gətirib.

Lent.az-ın xəbərinə görə, Sen Malo şəhərinin sakini Yeni il günü bəxtini sınamaq qərarına gəlib və lotereya avtomatına 80 avro senti (1.6 AZN) daxil edib. 

Nəticə gözlənilməz olub. Qurğu qadının 200 000 avro qazandığını göstərib və ona şampan hədiyyə edilib. Sistem üzrə məsul şəxslərin dediyinə görə, bu, lotereya maşınları icad olunduğu son 30 ildə ikinci ən yüksək nəticədir.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar