50 yaşlı kişi 1 gecədə 402 avtomobilin təkərlərini deşdi
26 dekabr 2021 03:15 (UTC +04:00)

50 yaşlı kişi 1 gecədə 402 avtomobilin təkərlərini deşdi

Almaniyanın Reynland-Pfalts vilayətində maraqlı cinayət hadisəsi baş verib.

Lent.az-ın “welt.de” saytına istinadla xəbərinə görə, vilayət sakini olan 52 yaşlı kişi ötən gecə 402 avtomobilin təkərlərini deşib. 

Lakin onun işinin üstü elə gecə ikən açılıb. Polis onu hadisə yerində yaxalayıb. Şübhəli şəxsin üzərinə baxış zamanı cinayət predmeti olan əlcək və qayçı da aşkar edilib. 

Avtomobil sahibləri isə hadisədən səhər saatlarında xəbər tutublar. Gecə ərzində 1600-dək təkərin yararsız hala salındığı məlum olub. İlkin hesablamaya görə avtomobil sahiblərinə 150 000 avrodan (300 000 AZN) çox ziyan dəyib. Cinayətin motivi məlum deyil. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Oxşar yazılar