Əfqanıstanın xüsusi xidmət orqanları paytaxt Kabildə əməliyyat keçirib.
Lent.az-ın xəbərinə görə, məqsəd spirtli içki satışı ilə mübarizə olub. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş 3 tondan çox araq aşkar edilərək şəhərdən keçən kanala tökülüb. Faktla bağlı bir neçə nəfər həbs edilib.
Kəşfiyyat xidmətinin keçirdiyi əməliyyat televiziya ilə yayımlanıb. Məsul zabitlərdən biri bildirib ki, “müsəlmanlar spirtli içki hazırlamaq və satmaqdan uzaq durmalıdırlar”.
Qeyd edək ki, Əfqanıstanın əvvəlki hökumətin dövründə də spirtli içkini qadağan idi. Lakin qanun tam ciddiyyəti ilə tətbiq edilmirdi. Taliban hökuməti isə bu məsələyə xüsusi yanaşır.