3 amerikalıdan 2-si Trampın qələbəsinə inanır - SORĞU
12 fevral 2020 07:24 (UTC +04:00)

3 amerikalıdan 2-si Trampın qələbəsinə inanır - SORĞU


 

ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampın noyabrın 3-də keçiriləcək Prezident seçkilərində qalib gələcəyinə inanır. 

APA-nın TASS-a istinadən xəbər verir ki, Monmut Universiteti Sosioloji tədqiqat xidmətinin apardığı sorğunun nəticələrinə uyğun olaraq bu qənaətdədir.

Universitetin məlumatına görə, respondentlərin 27 %-i Trampın yenidən prezident seçilməsinə inanır. Sorğuda iştirak edənlərin 39 %-i isə onun yenidən seçilməsini ehtimal edir. 

Hər beşinci sorğu iştirakçısı (22 %) Trampın postu itirməsini ehtimal edib. Respondentlərin yalnız 6 %-i Demokratların namizədinin seçkidə qalib gələcəyinə inamlarını ifadə edib.

Respublikaçılar Partiyasının tərəfdarları Trampın qələbə şanslarını xüsusilə yüksək qiymətləndiriblər: “Sorğuda iştirak edənlərin 59 % -i Trampın mütləq seçkidə qalib gələcəyini və 34 %-i onun qələbəsini ehtimal edir”. 

Sorğuda iştirak edən demokratlar arasında yalnız 11 % Demokratlar tərəfindən irəli sürülən namizədin seçkilərdə Trumpı üstələyəcəyini bildirib. Digər 44 % isə ehtimal edib ki, Tramp məğlub ola bilər.

Anketin nəticələrini şərh edən Monmut Universitetinin Sosioloji tədqiqat xidmətinin rəhbəri Patrik Murrey deyib ki, çoxlarının Trampın prezident kimi fəaliyyətinə şübhə ilə yanaşmasına baxmayaraq, "reytinqinin impiçment prosesi boyunca sabit qaldığını nəzərə alaraq, az adam qarşıdakı seçkilərdə onun məğlubiyyətinə inanır. 

Qeyd edək ki, fevralın 6-dan 9-dək keçirilən sosioloji sorğuda 902 nəfər iştirak edib. Patrik Murreyin fikrincə sorğunun nəticələr ilə real nəticələr arasında 3,4 % fərq ola bilər.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da 59-cu Prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3202
avatar

Oxşar yazılar