Polşa polisi adam öldürdüyünə görə 20 il əvvəl məhkum olunmuş şəxsi saxlayıb.
Lent.az-ın xəbərinə görə, polis qatili Varşavadakı marketlərdən birində maska taxmadığı üçün saxlayıb. Yoxlama zamanı onun barəsində qiyabi hökm çıxarıldığı məlum olub.
Polis idarəsində dindirildikdən sonra o, xüsusi rejimli həbsxanaya aparılıb. 45 yaşlı kişi indi həyatının 20 ilini həbsxana divarları arasında keçirməli olacaq.