18:25 8 aprel 2021

12 ağdərili əcnəbinin başı kəsildi

Mozambikdə ağdərili əcnəbilərin başları kəsilib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, 12 nəfərin meyitləri Palma şəhərindəki hotelin yanındakı ağacın altında tapılıb. 

Qeyd edilir ki, mart ayının axırında hotelə yaraqlılar hücum ediblər. Öldürülən əcnəbilərin cihadçılardan qaçmağa cəhd etdikləri ehtimal olunur. 

Onların hansı millətdən olduqları hələ ki açıqlanmır. Başları mkəsilən əcnəbilərin əllərinin bağlı olduğu da bildirilir. 

Martın 24-də İraq-Şam İslam Dövləti terror qruplaşması Palma şəhərini ələ keçirdiyini elan edib. Yaraqlılar şəhəri aprelin 2-də tərk ediblər. 

 

# 1959
avatar

Oxşar yazılar