Ölkə şokda: təriqətçilər 10 ildir insanları zirzəmidə saxlayırmış - FOTO
Tatarıstan prokurorluğu dəhşətli cinayətin üstünü açıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, özünü “feyzrəhmançılar” adlandıran dini təriqətin üzvləri 10 ildən çoxdur ki, uşaqlarını zirzəmidə saxlayırmışlar.
Məlumatda deyilir ki, təriqətin rəhbəri Feyzrəhman Səttarov təriqət üzvlərinə uşaqlarını nəinki zirzəmidə saxlamağı əmr edib, üstəlik, onlara hər hansı tibbi yardım göstərməyi də yasaq edibmiş.
“Zirzəmidə 16 yaşınadək bir neçə uşaq və valideyn olub. Onlar illər boyu yarıqaranlıq, hava çəkməyən otaqlarda yaşayıblar. Hazırda həmin uşaqlar xəstəxanalara yerləşdiriliblər” - deyə Kazan şəhər prokurorunun köməkçisi İrina Petrova bildirib.
Təriqət rəhbəri və Səttarovun özü isə deyilənləri təkzib edib. “Bizim 70 üzvümüz var. Düzdür, zirzəmi darısqal olub. Bir kvadratmetrə təxminən üç nəfər yerləşib. Amma hamı bilməlidir ki, bu ərazini biz öz dövlətimizin ərazi sayırıq. Necə və hansı şəraitdə yaşamağımızı isə özümüz müəyyən edirik” - deyə, təriqət üzvləri deyiblər.
Kazan şəhər prokurorluğu “feyzrəhmançılar”ın işi üzrə cinayət işi qaldırıb.
Səbuhi

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36