Hələb Əsədin nəzarətindən çıxır
0
0
Suriya Azadlıq Ordusu ölkənin ikinci ən böyük şəhəri olan Hələbin böyük bir hissəsinə nəzarəti ələ keçirib. Lent.az-ın «Reuters»ə istinadən verdiyi məlumata görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatında o da deyilir ki, hazırda Hələbdə ən ağır döyüşlər Səlahəddin rayonu ərazisində gedir. Bu rayonun ərazisindən keçən avtomagistral Hələbi ölkənin bütün iri yaşayış məntəqələri ilə birləşdirir.
Bu arada Hələbdə böyük nümayiş keçirilib. Türkiyənin “Hürriyyət” qəzetinin məlumatına görə, nümayişçilər əllərində “Əsədə ölüm, Biz Əsədi asmaq istəyirik”, “Bizə azadlıq və sülh verin” şüarları ilə çıxış ediblər.
“Frans-Press”in məlumatına görə, bir qədər əvvələdək Hələbdə anti-Əsəd aksiyalar keçirmək mümkün deyilmiş. “Görünür müxalifətçilər şəhərə nəzarət edirlər” - deyə, agentlik qeyd edir.