Kim Çen In evləndi
25 iyul 2012 17:55 (UTC +04:00)

Kim Çen In evləndi

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Şimali Koreya Dövlət Televiziyası Kim Çen Inın Li Sol Yu ilə evləndiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Kim Çen In bir neçə dəfə xalqın qarşısına bir qadının müşayiəti ilə çıxıb və bu xanımın adı, hansı işlə məşğul olması hamı üçün sirr olaraq qalıb. Həmin qadının Şimali Koreya müğənnisi və Kim Çen Inın keçmiş sevgilisi olduğu da ehtimal edilib.

Li Sol Yunun hansı işdə çalışdığı, yaxud çalışmadığı barədə hələ rəsmi məlumat yoxdur. Şimali Koreya liderinin şəxsi həyatı bu ölkədə ən çox qorunan sirlər sırasındadır. Onun 1982-ci, yaxud 1983-cü ildə anadan olduğu da dəqiq məlum deyil.

Xatırladaq ki, Kim Çen In 2011-ci ilin sonlarında, atası Kim Çen İrin ölümündən sonra ölkənin rəhbəri olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar