Çində güclü yağışlar: 37 nəfər ölüb
23 iyul 2012 12:46 (UTC +04:00)

Çində güclü yağışlar: 37 nəfər ölüb

Çinin paytaxtı Pekində iyulun 21-də başlayan güclü yağışlar nəticəsində 37 nəfər həlak olub. Lent.az-ın Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, güclü yağışlarda 25 nəfər boğularaq ölüb. Paytaxt Pekində 5 nəfər elektrik cərəyanının vurması, 1 nəfər ildırım vurması, 5 nəfər isə binanın çökməsi nəticəsində dağıntılar altında qalaraq həyatını itirib.

Çin rəsmiləri ölənlərdən 15 nəfərinin şəxsiyyətinin hələ də dəqiqləşmədiyini bildiriblər.

Qeyd edək ki, Çində yağan yağışlar son 61 ilin ən güclü yağışları hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar