ABŞ-da 5 günlük matəm elan olundu
21 iyul 2012 13:26 (UTC +04:00)

ABŞ-da 5 günlük matəm elan olundu

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, prezident Barak Obama və qarşıdakı seçkilərdə onun rəqibi olan respublikaçı Mitt Romni bazar günü nəzərdə tutulan təşviqat tədbirlərini ləğv edib, efirdən seçkiqabağı çarxlarını çıxarıblar.

Qeyd edək ki, ötən gecə 24 yaşlı Den Holms “Betmen” filminin təqdimatı başlayan zaman kinoteatrın zalına daxil olub. Qara paltar və qaz əleyhinə xüsusi dəst geyinən Den Holms iki balon gözyaşardısı qaz buraxıb, daha sonra isə atəş açmağa başlayıb. Nəticədə 14 nəfər ölüb, 59 nəfər yaralanıb. Yaralıların 12-si ağır vəziyyətdədir. Pentaqon zərər çəkənlərdən 3-ün hərbçi olduğunu açıqlayıb. Bir hərbçi itkin düşmüş sayılır.

Polis Den Holmsu kinoteatrın avtodayanacağında saxlayıb. O, mənzilində partlayıcı qurğu quraşdırıldığını söyləyib. Polis bina sakinlərini evakuasiya edib və Den Holmsun mənzilindəki partlayıcı qurğu zərərsizləşdirilib. Cinayətin motivi aydın deyil. Den Holms hər hansı terrorçu qruplaşma ilə əlaqəli deyil və buna qədər heç vaxt cinayət törətməyib. Den Holmsun istifadə etdiyi silah da qanuni yolla əldə olunub. O, neyrobiologiya sahəsində bakalavr təhsili alıb, hazırda magistratura tələbəsidir. Eyni zamanda işsizliyə görə sosial yardım alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar