Avtobus uçuruma yuvarlanıb: 26 ölü
21 iyul 2012 10:00 (UTC +04:00)

Avtobus uçuruma yuvarlanıb: 26 ölü

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Nayarit ştatında avtobus uçuruma yuvarlanıb.

Avtobusdakı 53 nəfər Çuaua ştatının sakinləri olub. Onlar Sakit okean sahillərindəki məşhur çimərliklərdən birinə gedirlərmiş. Qəza nəticəsində 3-ü uşaq olmaqla, 26 nəfər ölüb, 27 nəfər yaralanıb. Tepik şəhər xəstəxanasına yerləşdirilmiş yaralananların çoxu ağır vəziyyətdə olduğundan ölü sayının artacağı gözlənilir.

Polis qəza ilə bağlı bir neçə versiyanı araşdırır. Bura sürücünün təhlükəli yolda sürəti artırması və nəticədə idarəetməni itirməsi versiyası da daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar