Rəsmi Moskvadan Əsma Əsəd haqqında açıqlama
19 iyul 2012 17:31 (UTC +04:00)

Rəsmi Moskvadan Əsma Əsəd haqqında açıqlama

Rəsmi Moskva Suriya lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin Rusiyaya getməsi haqqında iddiaların doğru olmadığını bildirib. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, xarici siyasət üzrə müşavir Yuri Uşakov Qərb və Türkiyə mətbuatında yer alan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Rusiyalı müşavir qeyd edib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı Bəşər Əsədə siyasi sığınacaq verilməsi məsələsi müzakirə olunmayıb: “ABŞ prezidenti Barak Obama ilə rusiyalı həmkarı Putin arasında baş tutan telefon danışığı zamanı da Suriya liderinə siyasi sığınacaq verilməsi məsələsi müzakirə mövzusu olmayıb”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da verdiyi açıqlamada Əsədə siyasi sığınacaq verilməsi istiqamətindəki tələbləri "zarafat" olaraq qiymətləndirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011

Oxşar yazılar