Pilot qaçırdığı təyyarədə intihar etdi
18 iyul 2012 11:47 (UTC +04:00)

Pilot qaçırdığı təyyarədə intihar etdi

Amerikalı pilot Brayan Hedqlin Yuti ştatında təyyarə qaçırıb və onun içindəcə intihar edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Hedqlin sevgilisini qətlə yetirməkdə şübhəli bilinir.

İyulun 17-də Hedqlinin təyyarəsi hava limanının hasarını qıraraq yaxınlıqdakı parka qədər irəliləyib. O, burada odlu silahdan atəş açaraq intihar edib. Pilotun cəsədi aşkar edildikdə, mühərriklər hələ işləyirmiş.

40 yaşlı Hedqlin “SkyWest Airlines” aviaşirkətinin təyyarəsini qaçırıb. O özü də uzun müddət bu şirkətdə çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar