Vəziyyəti yaxşılaşan Mübarək həbsxanaya aparılır
17 iyul 2012 10:30 (UTC +04:00)

Vəziyyəti yaxşılaşan Mübarək həbsxanaya aparılır

Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin səhhətinin yaxşılaşması haqqında məlumat yayılıb. Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, sabiq ölkə başçısının sağlamlığının araşdırılması üçün yaradılan komissiyanın gəldiyi rəy bundan ibarət olub ki, artıq Mübarəkin hərbi xəstəxanada qalmasına heç bir ehtiyac yoxdur. Komissiyanın qərarında sonra H. Mübarəkin Tora həbsxanasına aparılması haqqında əmr verilib.

Qeyd edək ki, Mübarək keçən ay səhhətinin pisləşdiyi üçün hərbi xəstəxanaya aparılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar