Əsədin ordusu yenə qətliam törətdi: 250 ölü
13 iyul 2012 10:55 (UTC +04:00)

Əsədin ordusu yenə qətliam törətdi: 250 ölü

Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələri Hama şəhəri yaxınlığındakı Tremseh kəndində əməliyyat keçirib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, vertolyotların və tankların dəstəyi ilə keçirilən əməliyyat nəticəsində 250 nəfər öldürülüb.
Bu arada müxaliflər Türkiyə sərhədi yaxınlığındakı kəndlərdə də əməliyyat keçirən Suriya ordusunun iki tankını vurub, həmin anları kamera ilə çəkiblər. Daha sonra bu görüntülər “YouTube” saytında yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar