ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti İranın bir sıra dövlət şirkətlərinə qarşı sanksiya tətbiq edib.
Sanksiyalar 11 İran şirkətini və Tehranın nüvə proqramı ilə əlaqəli olan 4 fiziki şəxsi əhatə edir. Bununla bərabər, ABŞ Maliyyə Nazirliyi dünyanın müxtəlif ölkələrində İranın əvvəllər tətbiq edilən sanksiyalardan qurtulmasına yardım göstərən 50 şirkəti üzə çıxarıb. Bu şirkətlər embarqo tətbiq edilməsinə baxmayaraq, İrandan neft alıb. “Qara siyahı”ya düşən bütün şirkətlər ABŞ ərazisində biznes qura bilməzlər və ABŞ şirkətlərinə də həmin şirkətlərlə yeni işgüzar münasibətlər qurmaq qadağandır.

512