ABŞ-ın birinci xanımına ölüm təhdidi
ABŞ-da Ağ Evdə çalışanları mühafizə etməyə məsul olan polis məmurunun ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obamanı öldürəcəyini söylədiyi ortaya çıxıb.
Lent.az-ın “Waşinqton Post” qəzetinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan polis məmuru cib telefonu ilə digər polis həmkarlarına bir silah şəkli göndərib və həmin silahla Mişel Obamanı vuracağını söyləyib.
Polislər də bununla bağlı Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat veriblər. Mərkəzi Kəşfiyyat İdarəsi məsələ ilə bağlı araşdırma aparmağa qərar verib. Mişel Obamanı öldürəcəyini söyləyən polis Ağ Evin mühafizəsindən uzaqlaşdırılıb və təhqiqat başa çatana qədər polis idarəsindəki daxili işlərdə çalışmaq tapşırılıb.

567