Annan Suriya hakimiyyətini qınadı
BMT-nin xüsusi nümayəndəsi Kofi Annan dünən gecə Suriyanın Taramseh qəsəbəsində 250-dən çox insanın öldürüldüyü qətliamla bağlı açıqlama verib. Lentaz-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, Annan ölənlər arasında qadın və uşaqların da olduğu qətliamı qınayıb: “Rəsmi Dəməşq verdiyi sözün üstündə durmadı. Bu ağır vəziyyətə son qoyulması çox önəmldir”.
Qeyd edək ki, Annan gələn həftə Suriya məsələsini Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla müzakirə edəcək.
Qeyd edək ki, Annan gələn həftə Suriya məsələsini Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla müzakirə edəcək.
478