ABŞ Fars körfəzinə üzən hərbi baza göndərir
13 iyul 2012 10:37 (UTC +04:00)

ABŞ Fars körfəzinə üzən hərbi baza göndərir

ABŞ Fars körfəzində hərbi mövcudiyyətini gücləndirmək üçün bölgəyə üzən hərbi baza göndərir.

Lent.az-ın “New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın ən köhnə dəniz gəmilərindən biri, 1966-cı ildə buraxılmış “Ronce” gəmisi müasirləşdirilib və müasir dövrdə müharibədə istifadəyə yararlı yeni platformaya çevrilib.

“Ronce” gəmisinin ilkin missiyası İranın Hörmüz boğazını minalayacağı təqdirdə boğazı minalardan təmizləməkdir. Bununla bərabər, “Ronce” döyüş vertolyotları üçün eniş meydanı, dəniz xüsusi təyinatlıları üçün bazaya çevrilə bilər. Gəmidən mobil baza kimi istifadə etmək və yüzlərlə dəniz piyadasını ora yerləşdirmək də olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar