BMT baş katibi Ərdoğandan üzr istəyib
26 sentyabr 2011 12:10 (UTC +04:00)

BMT baş katibi Ərdoğandan üzr istəyib

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, insident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən heyət Fələstin lideri Mahmud Abbası dinləmək üçün sessiyanın keçirildiyi salona gedərkən baş verib. BMT mühafizəçiləri onların qonaqlar üçün nəzərdən tutulan qapıdan keçə bilməyəcəklərini söyləyiblər. Baş nazirin mühafizəçiləri vəziyyətə müdaxilə edində gərginlik yaşanıb. Rəcəb Tayyib Ərdoğan mühafizəçiləri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Rəcəb Tayyib Ərdoğan hadisənin böyüdüləcək bir tərəfi olmadığını söyləsə də, BMT-nin baş katibi Pan Gi Mun isə yaşananlara sərt reaksiya verib. Baş katib Türk Evində Rəcəb Tayyib Ərdoğanı ziyarət edərək yaşananlara görə üzr istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar