Bolqarıstanda yerli əhali ilə qaraçılar arasında dava düşüb
26 sentyabr 2011 11:13 (UTC +04:00)

Bolqarıstanda yerli əhali ilə qaraçılar arasında dava düşüb

Bolqarıstanın cənubundakı Katunitsa kəndində yerli əhali ilə qaraçılar arasında dava-dalaş baş verib.

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 120 nəfərdən çox insan saxlanılıb. Kütləvi dava-dalaşın səbəbi qaraçı baronunun öz avtomobili ilə 19 yaşlı kənd sakinini vurması olub. Hadisə ötən həftənin cümə günü olub. Bazan günü kəndin 5 min sakini qaraçı baronunun evi önünə toplaşaraq onun buranı təcili tərk etməsini tələb edib. Bura yaxınlıqdakı şəhərdən qayıdan futbol azarkeşləri də qoşulub. Kütlə qaraçıların avtomobillərini yandırıb, onların evlərini daşlayıb. Dava-dalaş zamanı bir yeniyetmə də ürək tutmasından vəfat edib. 5 dava-dalaş iştirakçısı, o cümlədən bir neçə polis əməkdaşı xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar