Sarkozi hakimiyyəti itirir
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, sol partiyalar Senatdakı yerlərin əksəriyyətini qazanıb.
Sosialist Partiyasının Senatdakı fraksiyasının rəhbəri Jan-Pyer Bel deyib ki, ilkin nəticələrə görə, 348 üzvü olan Senatda 170 yerə keçirilən bu seçkilərdə sol partiyalar 24-26 əlavə yer qazanıblar. Bu, solçulara parlamentdə üstünlüyü ələ keçirməyə imkan verir.
Qeyd edək ki, 1958-ci ildən sonra ilk dəfə Senatda sol partiyalar üstünlüyü ələ keçirir. Bu, solçuların 2012-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi mövqelərinin möhkəmləndiyini göstərir. Prezident Nikolya Sarkozini dəstəkləyən sağ-mərkəzçi yönümlü Milli Hərəkat Uğrunda İttifaq Partiyasının lideri Jan-Fransua Kope seçkilərin nəticələrini məyusedici adlandırıb, lakin sürpriz saymayıb.

410