Rumıniyadan Hollandiyaya gül qadağası
23 sentyabr 2011 22:18 (UTC +04:00)

Rumıniyadan Hollandiyaya gül qadağası

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Rumıniya hökuməti Hollandiyadan gətirilən güllərdə təhlükəli bakteriyalar olduğunu bəyan edib. Rumıniya Hollandiyada büdcə gəlirlərində mühüm yer tutan güllərin idxalı ilə bağlı sənədlərin də qaydasında olmadığını vurğulayıb. Lakin Hollandiya hökuməti Rumıniyanın hərəkətini şantaj kimi qiymətləndirib. Məsələ ondadır ki, dünən Hollandiya və Finlandiya Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasına qadağa qoyub. Hər iki ölkə korrupsiya və mütəşəkkil cinayətkarlıqla daha qətiyyətlə mübarizə aparılmağa çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar