“Əl-Cəzirə” telekanalının Misirdəki ofisinin fəaliyyəti dayandırıldı
12 sentyabr 2011 10:16 (UTC +04:00)

“Əl-Cəzirə” telekanalının Misirdəki ofisinin fəaliyyəti dayandırıldı

Bazar günü Misir təhlükəsizlik qüvvələri Qətərin “Əl-Cəzirə” telekanalının Qahirədəki ofisini ələ keçirib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, telekanaldakı ötürücü qurğular götürülüb, telekanalın 1 əməkdaşı saxlanılıb.

“Əl-Əhram” qəzeti yazıb ki, “Əl-Cəzirə” telekanalı hələ Misirdə yayımlanmaq üçün icazə almayıb. Telekanal bu il yanvarın 25-də Misirdə Hüsnü Mübarək rejimi əleyhinə aksiyalar başlayan zaman peyk kanalı ilə efirə çıxıb. Misir təhlükəsizlik qüvvələri “Əl-Cəzirə” telekanalına yayımı qadağan edib. Telekanal korrupsiyada da ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar