Barak Obamanın əmisi həbsdən çıxdı
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 67 yaşlı Onyanqo Obama ABŞ prezidentinin atasının ögey qardaşıdır.
O, avqustun 24-də Boston yaxınlığındakı Freyminhem qəsəbəsində saxlanılıb. Məhkəmə Onyanqo Obamanın girov müqabilində buraxılmasından imtina edib. Çünki aydın olub ki, Onyanqo Obama barədə ABŞ Miqrasiya Xidməti həbs orderi verib. Buna səbəb Onyanqo Obamanın ABŞ ərazisində qeyri-qanuni yaşamasıdır və o, vətəni Keniyaya göndərilməlidir.
Ancaq ABŞ prezidentinin əmisi 2 həftə həbsdə qalandan sonra Miqrasiya Xidməti onunla bağlı qərarını dəyişib. Onyanqo Obamanın müntəzəm şəkildə Miqrasiya Xidmətinin şöbələrindən birinə baş çəkməsi şərti ilə azadlığa çıxması məqbul sayılıb. Miqrasiya Xidmətinin qərarının nə üçün dəyişdiyi açıqlanmır.

502