Xamneyi iranlılara qızıl dondurmanı haram buyurdu
Dünyanın ən yüksək göydələnlərindən biri olan və Tehranın simvollarından sayılan Yeni İl qülləsinin aşağı qatlarında yerləşən bir lüks restoranın içində 2,3 qram yeyilən bilən qızıl olan dondurmanı satışa çıxarmaq niyyəti baş tutmayıb. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu dondurmanın hazırlanması zamanı istifadə edilən qızıl yalnız Almaniyada istehsal olunur.
Bu qızıl həm pudra, həm də yarpaq şəklindədir. Az əvvəl Tehrandakı restoranın sahibi Gol Roşar qiyməti 370 dollar olacaq dondurmanın hazırlanmasında yarpaq şəklində olan qızıldan istifadə ediləcəyini bildirib. Eyni zamanda bu dondurma 24 saat ərzində hazırlandığı üçün bu dondurmalardan yemək istəyənləri 1 gün əvvəldən sifariş verməyə çağırıb.
Xəbər İran mətbuatında yayıldıqdan sonra dini lider ayətulla Əli Xamneyinin bürosu açıqlama yayıb. Açıqlamada dini lider içərisində qızıl olan dondurmanı yeməyin haram olduğunu bəyan edib. Bu bəyanatdan sonra restoran içərisində qızıl olan dondurma hazırlamaq planından geri çəkilib.

624