Suriya ordusunun əsgərləri müxalifət tərəfə keçməyə başlayıb
08 sentyabr 2011 10:31 (UTC +04:00)

Suriya ordusunun əsgərləri müxalifət tərəfə keçməyə başlayıb

0
Sentyabrın 7-də axşam saatlarında Suriya-Türkiyə sərhədində atəş səsləri yüksəlib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, atışma sərhəddən 1,5 kilometr uzaqlıqda Suriya ordusu ilə müxalifət sıralarına keçən əsgərlər arasında baş verib.

Suriyanın Türkiyənin Hatay bölgəsi ilə sərhəddə yerləşən Belengöz kəndi tanklardan atəşə tutulub. Yaralanan 2 müxalif kənd sakinlərinin yardımı ilə Türkiyə sərhədinə gətirilib və Hatay valiliyi tərəfindən ayrılan təcili yardım maşını ilə Ankara Dövlət Xəstəxanasına aparılıblar. Suriya ordusunun atəşə tutduğu Belengöz kəndində çoxlu sayda ölü və yaralı olduğu xəbərləri gəlir.

“Əl-Cəzirə” telekanalı isə İdlib, Lazkiyə, Hama və Humusda hökumət əleyhinə aksiyalar keçirildiyini və təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 28 nəfərin həyatını itirdiyi barədə xəbər yayıb. Lazkiyə şəhərindəki Rahman məscidinin imamı Eymen Rai saxlanılıb.

Suriyanın Sana dövlət agentliyi isə Humus şəhərinin müxtəlif rayonlarında təhlükəsizlik qüvvələrinə qarşı edilən silahlı hücum nəticəsində 8 əsgərin həyatını itirdiyi, onlarla əsgərin yaralandığı, 5 silahlının isə öldürüldüyü barədə xəbər yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 584

Oxşar yazılar