Qəddafinin gəlini türk xidmətçini bıçaqlayıb
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Adnan Tam 1 il əvvəl Tripolidə zəngin bir iş adamının evində çalışacağı vədi ilə Türkiyənin Hatay vilayətində Liviya paytaxtına gedib. Tripolidə çalışacağı villaya gedəndə isə iş adamı yox, Müəmmər Qəddafinin oğlu Hannibal və gəlini Alinanin yanında işləyəcəyi məlum olub. Adnan Tam bu villada bu ilin fevral ayına qədər problemsiz işləyib, ona münasibət yaxşı olub. Ancaq Liviyada üsyanın başlamasından bir neçə ay sonra Türkiyənin qiyamçıları dəstəkləməsi, Benqazidəki yaralılar üçün gəmi göndərməsi ilə vəziyyət dəyişib. Adnan Tama qarşı təhqir və işgəncələr başlayıb.
Adnan Tam bildirib ki, Hannibal və adamları dəfələrlə dəyənəklə onu döyüblər: “Ancaq mənə ən çox Alina işgəncə verirdi. O, əsəb xəstəsi idi, qolumdan və belimdən bıçaqladı. O villadan qaçmaq da çox çətin idi, hər yerdə silahlı adamları vardı. Qaçsam belə, o günlərdə Tripoli onların əlində olduğu üçün məni dərhal tutardılar. Bu villada digər işçilərlə də pis davranırdılar. Məsələn, Alinanın uşaqlarının dayəsi Şveyga Mullahın başına qaynanmış su tökdü. Onu tualetdə saxlayırdılar. Bizdən başqa villada çalışan bir sıra xarici işçiləri də danışmamaları üçün öldürdülər”.
Hannibal və Alina avqustun 21-də qiyamçıların Tripoliyə daxil olmasından sonra başqa bir yerə gediblər: “Mən də həmin vaxt villanın tualetinin pəncərəsindən qaçdım. O günlərdə Türkiyə səfirliyi bağlı olduğu üçün bir məscidə sığındım, imam məni 1 həftə saxladı, yemək və içmək verdi. Daha sonra bir türk kafesində qaldım. Kafedə televiziyaya baxarkən Tripolidəki səfirliyimizin açılacağını gördüm və səfirliyə sığındım. Qaçmasaydım, danışmamağım üçün məni də öldürəcəkdilər”.
Hazırda da Türkiyə səfirliyində olan Adnan Tamın pasportu Qəddafi ailəsi tərəfindən alınıb, aylardır ki, maaş almadığı üçün pulu da yoxdur. Səfirlik indi onun Türkiyəyə getməsi üçün lazımi sənədləri hazırlayır. Adnan Tamın yol xərcləri də səfirlik tərəfindən ödənəcək. O, müalicəsi üçün Türkiyə prezidenti və baş nazirindən də dəstək istəyib. Adnan Tam ona işgəncə verən Hannibal Qəddafi və xanımı Alina ilə bağlı məhkəməyə baş vurmaq niyyətindədir.

1037