İran nüvə başlıqlarını gizlədib?
Belə ehtimal etmək olar ki, atom-nüvə proqramı ilə bağlı İran hakimiyyətinin mövqeyində də yumşalma hiss olunacaq. Bunu bölgədə baş verənlər təsdiqləməkdədir. Hələ ötən ay rəsmi Tehran bu istiqamətdə bir neçə addım da atıb. Amma bunun da yetərli olmadığı haqda fikrilər söylənilir. Görünür, hakimiyyətin davranışında qeyri-şəffaflıq hələ də qalmaqdadır.
Avqustun sonunda ölkə informasiya vasitələrinin yaydığı məlumata əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri İslam Respublikasının «bütün nüvə obyektlərində» yoxlama aparıb. Xəbərdə bildirilib ki, müfəttişlərdən ibarət nümayəndə heyətinə qurumun baş direktorunun müavini Herman Nakerts başçılıq edib.
Avqustun 24-də başa çatan yoxlama 5 gün sürüb. Bu müddət ərzində müfəttişlər Buşəhr Atom Elektrik Stansiyası, Nətənz və Fəruddəki nüvə obyektlərində, eləcə də İsfahandakı nüvə yanacağı istehsalı müəssisəsində olub, Ərakdakı ağır su istehsal edən araşdırıcı reaktora baxış keçiriblər.
İranın AEBA-dakı nümayəndəsi Əliəsgər Sotaniya bildirib ki, bu yoxlama ilə «İran İslam Respublikası beynəlxalq ictimaiyyətə siyasi iradə göstərdiyini və agentliklə əməkdaşlığa açıq olduğunu nümayiş etdirib».
Ancaq belə görünür, Tehran hakimiyyəti nüvə obyektlərinin sayı ilə bağlı hələ də səmimi deyil.
«MIGnews»-un məlumatına əsasən, İran rəhbərliyi nüvə obyektlərini hava zərbələrindən qorumaq üçün onları yeraltında gizlətmək haqda qərar qəbul edib.
İran atom təşkilatının sədri Firudin Abbasi-Davani ölkə televiziyası ilə çıxışında bildirib ki, Fəruddakı nüvə reaktorunda mühəndislər çox «fəal işləyərək, obyektin gələcək təhlükəsizliyini təmin etməyə çalışıb».
O, oradakı avadanlıqlar, habelə yerləşdiriləcək sentrifuqalar barəsində ətraflı məlumat verməyib. Yalnız qeyd edib ki, Fəruddakı reaktor yeni, daha səmərəli sentrifuqalarla təmin olunacaq.
Onu da vurğulamaq lazımdır ki, bir müddət öncə İranda uranın 5 faiz səviyyəsində zənginləşdirildiyi bildirilirdi. Ancaq Davani son zamanlar verdiyi açıqlamalarda deyib: «Səhiyyə sənayesində istifadə etmək üçün 20 faizli urana ehtiyac var». O, İranın Qum şəhərinin şimalında Fərudda yeraltı obyekt tikilib. Orada 3 minədək sentrifuqa yerləşdirmək olar”.
ABŞ Dövlət Departamenti mətbuat xidmətinin başçısı Viktoriya Nuland F.Abbasi-Davaninin bəyanatına münasibət bildirərkən deyib ki, Vaşinqton Qum yaxınlığında nüvə obyektinin mövcudluğundan rahatsızdır: «Bu məlumat ABŞ hakimiyyətini rahatsız edib. İran BAT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinə əməl edərək, uranın zənginləşdirilməsini dayandırmalı və AEBA ilə əməkdaşlıq, bu yöndə şəffaflığı təmin etməlidir».
AEBA-nın baş direktoru Yukiho Amano isə avqustun sonunda jurnalistlərə bildirmişdi ki, İran BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməkdən boyun qaçırır.
Qurumun son hesabatından Qərb dövlətləri narahat olmağa başlayıb. Ona görə də Amerika və müttəfiqlərinin İrana qarşı iqtisadi sanksiyaları daha da sərtləşdirəcəyi qaçılmaz görünür.
Belə olacağı təqdirdə isə Tehran hakimiyyətinin daha ciddi güzəştlərə gedəcəyi ehtimalı az deyil.
Sədrəddin Soltan

706