Yaşayış üçün əlverişli planet tapıldı
06 sentyabr 2011 19:59 (UTC +04:00)

Yaşayış üçün əlverişli planet tapıldı

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, “HD 85512 b” adı verilən bu planet Vela qalaktikasında, Yer kürəsindən 36 işıq ili məsafəsində yerləşir.

Alimlər Çilidəki rəsədxanada aparılan müşahidə zamanı bu kəşfə imza atıblar. “HD 85512” planetinin kütləsi Yer kürəsindən 3,6 dəfə çoxdur, üzərindəki havanın orta temperaturu isə 24,85 dərəcədir. Üzərində su olduğu ehtimal olunan planetin ən azı 1 milyard il yaşı var.

Əgər bu planetin üzərində həddən artıq isinmənin qarşısını alacaq yetərli sayda bulud da müşahidə olunarsa, alimlər birmənalı olaraq bu planetin yaşayış üçün əlverişli olduğu qənaətinə gələcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar