“Əl-Qaidə”nin “xarici işlər naziri” yaxalandı
06 sentyabr 2011 10:38 (UTC +04:00)

“Əl-Qaidə”nin “xarici işlər naziri” yaxalandı

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, “Əl-Qaidə”də Avstraliya, ABŞ və Avropada terror olaylarının planlaşdırılmasına məsuliyyət daşıyan Yunis əl-Mauritani ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pakistan xüsusi xidmət orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində ələ keçib.

Pakistanın Kvett şəhəri ətrafında yaxalanan Yunis əl-Mauritani ilə birlikdə terror təşkilatının 2 tanınmış siması - Abdul Qaffar aş-Şami və Messar aş-Şami də tutulub. Yunis əl-Mauritani “əl-Qaidə”nin “xarici işlər naziri” sayılıb və terror təşkilatının lideri Üsamə Bin Laden öldürülənə qədər əmrləri birbaşa məhz ondan alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419

Oxşar yazılar