ABŞ-da “Katia” qorxusu
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ Milli Qasırğa Mərkəzi “Katia” qasırğasının ikinci dərəcəyə yüksəldiyini, ancaq ABŞ-ın şərq sahillərinə yüzlərlə kilometr uzaqlıqda olduğunu açıqlayıb.
Hələ Atlantik okeanının ortasındakı Bermud adası civarında olan qasırğanın saatdakı sürətinin 165 kilometrə çatdığı bildirilir. “Katia”nın bu həftənin əvvəlində böyük bir qasırğaya dönəcəyi təxmin edilir. ABŞ rəsmiləri qasırğanın ölkənin şərq sahillərinə təsir edib etməyəcəyinə dair proqnoz vermək üçün tez olduğunu bildiriblər. Rəsmilər qasırğa ABŞ sahillərinə birbaşa təsir etməsə belə, yüksək dalğaların və cərəyanların önümüzdəki bir neçə gün içində sahil bölgələrdə yaşayanlar üçün təhdid təşkil edəcəyini vurğulayıblar.
“Katia” keçən həftə 40-dan çox insanın ölümünə səbəb olan “İrene”nin yaralarını sarımağa çalışan ABŞ-da iyun və noyabr ayları arasını əhatə edən qasırğa mövsümünün ikinci fəlakəti kimi dəyərləndirilir.

410