Şirakın məhkəməsi yenidən başlayır
05 sentyabr 2011 16:53 (UTC +04:00)

Şirakın məhkəməsi yenidən başlayır

Fransada keçmiş prezident Jak Şirak haqqında açılan korrupsiya ittihamı üzrə məhkəmə yenidən başlayır.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Jak irak Paris bələdiyyə başqanı olduğu dövrdə bəzi partiya üzvlərinə çalışmadıqları halda maaş ödəməkdə ittiham olunur.

Vəkilləri hafizəsini itirdiyi bildirilən 78 yaşlı Jak Şirakın səhhəti haqda həkim rəyini məhkəməyə təqdim edərək onun prosesdə iştirak etməməsini istəyiblər. İkinci dünya müharibəsi zamanı faşistlərlə əməkdaşlıq edən Petendən sonra haqqında cinayət ittihamı ilə iş açılan ilk prezident olan Jak Şirak saxta maaş kağızı ilə partiyasının hesabına pul keçirdiyinə dair iddiaları rədd edir.

Paris bələdiyyəsi Jak Şirak və iqtidardakı Xalqçı Hərəkat Birliyi Partiyası ilə 2 milyon 200 min avroluq müqavilədən sonra şikayətini geri götürüb, amma bu dəfə prokurorluq cinayət işi qaldırıb. Haqqındakı ittihamlar təsdiqlənəcəyi təqdirdə Jak Şirakı 10 ilə qədər həbs və 150 min avroya qədər pul cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar