Tunisdə yenə aləm qarışdı
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, buna səbəb həmin şəhərlərdə qiyam baş verməsidir.
Keçən həftənin cümə axşamı ölkənin qərbində yerləşən Sbeytla şəhərində bir qrup silahlı gənc yoldan keçən avtomobilləri qarət etməyə başlayıb. Polis həmin silahlı gəncləri qovmaq üçün havaya atəş açıb. Atəş səsini eşidən yerli sakinlər baş verənləri seyr etmək üçün evlərindən çıxıblar.
Bu zaman təsadüfi güllələrdən biri 17 yaşlı qıza tuş gəlib və qız ölüb. Bu, Sbeytla şəhərində ciddi qiyamın baş verməsinə səbəb olub. Şəhərdəki polis şöbəsi və 3 avtobus yandırılıb. Şəhərə qoşun yeridilib və komendant saatı tətbiq olunub.
Tunisin cənubundakı Duz şəhərində də qiyam baş verib, 30 nəfər yaralanıb. Bu şəhərdə də komendant saatı tətbiq edilib.

504