Qəddafi Ben-Validi təslim etməyi rədd etdi
05 sentyabr 2011 10:12 (UTC +04:00)

Qəddafi Ben-Validi təslim etməyi rədd etdi

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafinin rəsmi təmsilçisi Musa İbrahim hətta qiyamçıların qurduğu Milli Şuraya silahı yerə qoymağa da çağırıb.

Qeyd edək ki, Ben-Valid paytaxt Tripolidən 70 kilometr uzaqlıqda yerləşir. Qiyamçıların hərbi qüvvələri şəhəri mühasirəyə alıb. Milli Keçid Şurasının təmsilçisi Abdall Kanşilya həlledici hücuma hazırlaşdıqlarını bildirib. Bir sıra hərbi ekspertlər Müəmmər Qəddafinin Ben-Valid şəhərində olduğunu ehtimal edirlər. Rusiya Xarici İşlər Nazirliyi isə Liviyada sülh prosesinə devrilmiş Müəmmər Qəddafi tərəfdarlarını da cəlb etməyi zəruri sayıb. Bəyanatda qeyd olunur ki, Liviyada müharibənin sonu görünmür və axan qanı dayandırmaq üçün keçmiş hakimiyyət də bir tərəf kimi danışıqlara cəlb olunmalıdır.

Bu arada Müəmmər Qəddafinin oğullarından Saadi Qəddafi yenidən CNN telekanalı ilə əlaqə saxlayıb. Saadi Qəddafi atası və qiyamçılar arasındakı mübarizədə neytral mövqe tutduğunu söyləyib. O, atasını 2 aydır ki, görmədiyini də bildirib. Ben-Valid ətrafında olduğunu qeyd edən Saadi Qəddafi təhlükəsizliyi ilə bağlı problem olmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar