Dünyanın ən təhlükəli çimərlikləri – SİYAHI
03 sentyabr 2011 19:40 (UTC +04:00)

Dünyanın ən təhlükəli çimərlikləri – SİYAHI

Lent.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, çimərliklərdə təhlükə ölkəyə görə dəyişir. Bir yerdə antisanitariya problemi yaşayan turist, digər ölkədə atışmanın qurbanı ola bilər.

Beləliklə, təhlükəsinə görə birinci yerdə Avstraliyanın şimal sahilləri və Tivi arxipelaqı gəlir. Burada istirahət edənlər zəhərli meduzalar və köpək balıqlarının hücumuna məruz qala bilər.

Növbəti sırada isə Cənubi Afrika sahilləri gəlir. Burda da çimərkən insan köpək balıqları ilə üz-üzə gələ bilər.

Üçüncü yer isə Meksikanın Zipolit çimərkilərinə aiddir. Buranın problemi isə çox sürətli su cərəyanlarıdır.

Dördüncü pillədə isə Avstraliyadan çox da uzaqda olmayan Marşal adaları və Bikini mərcan adaları gəlir. 1946-1958-ci illərdə amerikalılar burada çoxsaylı atom sınağı keçirdiyi üçün radiasiya fonu yüksək olaraq qalır.

Beşliyi ABŞ-ın Florida ştatındakı çimərliklər tamamlayır. Burada istirahət edənləri isə ya köpək balıqları qarşılayır, ya da ildırım vurur.

Altıncı yer isə Braziliyanın Kopakabana çimərliklərinə (Rio de Janeyro) aiddir. Buranın problemi isə köpək balıqları və natəmizlik yox, cinayətkarlıqdır.

Yeddinci yerdə isə Honq Konqun Repulse Bay çimərlikləri qərar tutur. Buranın yeganə problemi isə antisanitariyadır.

Səkkizinci yer də Braziliyaya aiddir. San Paulunun çaykənarı çimərliklərində dincələnlərə piranhalar hücum edə bilər (Bu fəsilədən olan balıqların ölçüsü 30 sm, kütləsi isə 2 kq-a çatır. Qana çox həssas olan bu balıqlar insana da hücum edir).

Doqquzuncu yerdə də ABŞ qərarlaşıb. Vircinya çimərliklərində dincələnlər ac tülkülərin hücumuna məruz qala bilər.

Nəhayət, onluğu Avstraliyanın Brum şəhərindəki Cable Beach çimərliyi tamamlayır. Burada dincələnlərin isə hər an timsahlarla burun buruna gəlmək təhlükəsi var.

Göründüyü kimi, siyahıda Azərbaycan vətəndaşlarının tez-tez baş çəkdiyi ərazilər yoxdur. Bununla belə azərbaycanlıların sözügedən ərazilərə baş çəkəcəyi də istisna edilmir.

Vüqar Yaşaroğlu
# 1229

Oxşar yazılar

Tbilisidə keçirilən aksiyada Rusiya bayrağı YANDIRILDI

Tbilisidə keçirilən aksiyada Rusiya bayrağı YANDIRILDI

18 may 2024 , 23:10
Moskvada “Bolşoy Teatr”dan 1500 nəfər TƏXLİYƏ EDİLDİ  -VİDEO

Moskvada “Bolşoy Teatr”dan 1500 nəfər TƏXLİYƏ EDİLDİ -VİDEO

18 may 2024 , 22:09
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

18 may 2024 , 21:59
İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

18 may 2024 , 19:24
Bu pivəni içən 10 nəfər  öldü

Bu pivəni içən 10 nəfər öldü

18 may 2024 , 17:45
Sevgilisinin cinsi orqanını kəsib öldürdü

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

18 may 2024 , 17:13
Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

18 may 2024 , 09:24
Bina çökdü, 33 ölü var

Bina çökdü, 33 ölü var

18 may 2024 , 05:11