Berluskoniyə 500 min avroluq seks şantajı
02 sentyabr 2011 18:29 (UTC +04:00)

Berluskoniyə 500 min avroluq seks şantajı

İtaliyada iş adamı Giampaolo Tarantini və xanımı Angela Devenuto saxlanılıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, iş adamı və həyat yoldaşı İtaliyanın baş naziri Silvio Berluskonini villasında təşkil olunan “bunga bunga” mərasimləri ilə bağlı bildiklərini hüquq-mühafizə orqanlarına söyləməklə təhdid etməkdə və şantaj yolu ilə baş nazirdən külli miqdarda pul almaqda günahlandırılırlar.

Giampaolo Tarantini prokurorluğa ifadəsində fahişə Patrizia Daddario və başqa bir qadına Silvio Berluskoninin villasındakı seks partiyasında iştirak etmək üçün pul verdiyini qəbul edib, ancaq baş nazirin özünün bundan xəbəri olmadığını söyləyib.

Neapol prokuroru Francesco Greco də mətbuata açıqlamasında deyib ki, Silvio Berluskoni iş adamı və xanımına istintaqda onun xeyrinə danışmaları üçün pul verib. Prokuror pulun miqdarı barədə məlumat verməsə də, “Panorama” jurnalı bu məbləğin 500 min avro olduğunu yazıb. Baş nazir pulu iş adamına vasitəçi ilə çatdırıb. İtaliya polisi hazırda vasitəçilik etdiyi güman edilən Valter Lavitola adlı şəxsi axtarır.

Silvio Berluskoni isə günahsız olduğunu dilə gətirib və iqtisadi çətinliklərlə üzləşən 2 uşaqlı bir ailəyə yardım etmək üçün pul verdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar