“Wikileaks”: Sülhməramlılar seks müqabilində qida veriblər
02 sentyabr 2011 16:32 (UTC +04:00)

“Wikileaks”: Sülhməramlılar seks müqabilində qida veriblər

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, saytda yerləşdirilən məxfi materialdan məlum olur ki, BMT-nin Afrika ölkələrindəki sülhməramlı missiyasında xidmət edən Benin dövlətindən olan sülhməramlılar yemək müqabilində yetkinlik yaşına çatmaya qızları onlarla cinsi əlaqədə olmağa məcbur ediblər.

Sənəddə qeyd olunur ki, 10 qızdan 8-i onlara yemək verən və yaşayış yeri ilə təmin edən Benin əsgərləri ilə cinsi əlaqədə olduqlarını etiraf edib. Valideynlər də onlara vəd edilən qayğı müqabilində qızlarını sülhməramlılarla cinsi əlaqədə olmağa vadar ediblər.

BMT təmsilçisi Mişel Bonnarda Benindən olan 16 əsgərin BMT-nin Afrika ölkələrindəki sülhməramlı missiyasında yer aldığını təsdiqləyib. Sülhməramlıların seksual zorakılığı Konqo, Kamboca və Haiti kimi üçüncü dünya ölkələrində də qeydə alınıb. Ancaq Benin əsgərlərinin cinayətləri ilə bağlı faktlar ilk dəfə üzə çıxıb. Məsələ ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar