Türkiyəni pərt edən hesabat
Doqquz türkün həyatını itirdiyi “Mavi Mərmərə” olayını araşdırmaq məqsədi ilə yaradılan BMT Komissiyasının hazırladığı, hələ rəsmi olaraq açıqlanmayan hesabatın məzmunu bəlli olub. Lent.az-ın verdiyi məlumata görə, “New York Times” qəzeti hesabatın mətnini əldə edib.
Qeyd edək ki, Anakara keçən il Qəzza sektoruna humanitar yardım aparan Azadlıq Karvanında yer alan “Mavi Mərmərə” gəmisinə İsrail hərbçilərinin hücumu nəticəsində 9 Türkiyə vətəndaşının ölümü ilə bağlı İsraildən üzr, təzminat və Qəzza sektoruna tətbiq olunan embarqonun aradan qaldırılmasını tələb edir. Bu, Türkiyənin İsraillə münasibətlərini normallaşdırması üçün 3 əsas şərt kimi irəli sürülüb.
Lakin BMT-nin hesabatında İsrailin üzür istəməsi əvəzinə Türkiyə vətəndaşlarının ölümü ilə bağlı üzüntüsünü bildirməsi, təzminat verməsi tövsiyə olunur. Qeyd edilir ki, İsrailin embarqo bölgəsindən uzaq bir məsafədə öncədən xəbərdarlıq etmədən gəmiləri nəzarətə götürmək üçün hərbi gücə əl atması məntiqsiz və həddən artıq sərt qərardır. Lakin sənəddə “Mavi Mərmərə” gəmisinə enən İsrail əsgərlərinin bir qrup sərnişin tərəfindən mütəşəkkil müqavimətlə qarşılaşdıqları üçün özlərini qorumaq məcburiyyətində qaldıqları da vurğulanır. Eyni zamanda hesabatda İsrailin Qəzza sektoruna tətbiq etdiyi embarqonun qanuni olduğu yazılıb. Bir sözlə, Türkiyənin 3 şərtindən yalnız biri-təzminat məsələsi hesabatda yer alıb. Hesabatda Qəzza sektoruna Azadlıq Karvanını təşkil edən İHH təşkilatının da əsl məqsədinin və niyyətinin ciddi suallar yaratdığı yer alıb.
Parisdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da artıq məsələyə münasibət bildirib. Rəsmən açıqlanmayan hesabatın mətninin mətbuata sızmasını yanlış sayan Əhməd Davudoğlu deyib ki, kimin nə söyləməsindən, hansı hesabat hazırlamasından asılı olmayaraq Türkiyənin mövqeyi birmənalıdır: “Bu, bizə təsir etməyəcək. Türkiyə vətəndaşlarının hüququnu qoruyacaq qüdrətə sahib olan bir dövlətdir. İsrail üzr istəməsə, təzminat ödəməsə və Qəzza sektorunun embarqosunu qaldırmasa, iki dövlət arasındakı münasibətlər qaydaya düşməyəcək”.
Əhməd Davudoğlu bu gün BMT Komissiyasının hesabatı ilə bağlı ətraflı açıqlama veriləcəyini də nəzərə çatdırıb.

616