3 erməninin Türkiyədən 100 milyon dollarlıq təzminat tələbi
Osmanlı dönəmində yaşayan ermənilərin nəvələri “İncirlik” Hərbi Bazasına görə Türkiyədən 100 milyon dollar təzminat tələb edirlər. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Osmanlı dönəmində yaşayan Dikran Əfəndi və Kalina Xatun adlı ermənilərin 3 nəvəsi ABŞ-ın “İncirlik” Hərbi Bazasının yerləşdiyi ərazinin 3,671 faizinin onların qanuni mülki olduğunu iddia edərək Kaliforniya Federal Məhkəməsinə baş vurublar və artıq məhkəmənin Türkiyəyə əleyhinə qərar çıxaracağı qaçılmaz sayılır.
Ermənilərin məhkəmə prosesini udmaq şansını isə Türkiyənin məhkəmə prosesinə vəkillərini göndərməməsi artırıb. “Vatan” qəzetinin araşdırması zamanı məlum olub ki, ABŞ az əvvəl Türkiyəyə diplomatik nota göndərib və Ankaraya bu il iyunun 20-də xəbərdarlıq göndərməsinə baxmayaraq, məhkəmə prosesinə vəkil göndərmədiyi üçün Türkiyənin qiyabi məhkum elan edilməsi təhlükəsi ilə üzləşdiyini vurğulayıb. Çünki Türkiyə məhkəmənin tələbindən sonra 60 gün ərzində məhkəməyə vəkillərini göndərməzə, qiyabi olaraq bu qərarın çıxarılacağı elan olunub. Türkiyə isə indi hərəkətə keçib. Türkiyə Mərkəzi Bankı ABŞ-da bir hüquq şirkəti ilə anlaşıb və məhkəmənin sentyabrın 19-a qədər vaxt verməsini istəyib. Bu istək qəbul olunsa belə, ABŞ-ın bu xəbərdarlığından 70 gün keçdiyi üçün məhkəmənin ermənilərin xeyrinə qərar çıxaracağı gözlənilir.
Alex Bakaliyan, Anais Harotuniyan və Rita Mahdessiyan tərəfindən Türkiyə Cümhuriyyəti və dövlət banklarına qarşı açılan məhkəmədə iddiaçılar 1915-ci ildə müsadirə edilən ərazilərə görə 63,9 milyon dollar istəyir, ABŞ-ın “İncirlik” Hərbi Bazası ilə bağlı illər ərzində Türkiyəyə ödədiyi vəsaitin isə 36 milyon dollarının onlara verilməsini tələb edirlər.

690