Qəddafi meydan oxudu
02 sentyabr 2011 10:01 (UTC +04:00)

Qəddafi meydan oxudu

Liviyanın devrilmiş rəhbəri Müəmmər Qəddafi yenə də NATO-ya və “NATO-nun agentləri” adlandırdığı qiyamçılara meydan oxuyub.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi Suriyanın Arrai telekanalı ilə yayımlanan bəyanatında tərəfdarlarını onun səsini eşitməsələr belə, müqaviməti davam etdirməyə çağırıb.

NATO və qiyamçılar arasında fikir ayrılığı yarandığını bildirən Müəmmər Qəddafi deyib ki, təslim olmayacaq və savaşmağa davam edəcək: “Bu, uzun bir savaş olacaq və Liviya alovlar içərisində qalacaq. Ruhdan düşməyəcəm, biz qadın deyilik”.

Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafinin isə İsrailə jest etdiyi üzə çıxıb. O, bir müddət əvvəl Liviyaya gəlmiş Avstraliya Azadlıq Partiyasının nümayəndəsi, yəhudi əsilli David Lasarla görüşdə deyib ki, ölkədə vətəndaş müharibəsi başa çatdıqdan sonra İsraillə sülh müqaviləsi bağlamağa hazırdırlar. Seyfülislam Qəddafi onu da bildirib ki, HƏMAS-ın 4 ildir ki, əsirlikdə saxladığı İsrail əsgəri Gilat Şalitin də sərbəst buraxılması üçün vasitəçilik edəcəklər.

Bu arada Müəmmər Qəddafi dönəmində baş nazir postunu tutan Bağdadi Mahmudi qiyamçıların tərəfinə keçdiyini və Liviya Milli Keçid Şurasını tanıdığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455

Oxşar yazılar