Fransanın Liviyada neft tələsi...
01 sentyabr 2011 17:04 (UTC +04:00)

Fransanın Liviyada neft tələsi...

Fransa prezidenti Nikolya Sarkozinin xüsusi canfəşanlıqla və tələskənliklə Liviyada prezident Müəmmər Qəddafiyə sadiq qüvvələrə qarşı hava əməliyyatlarına start verməsinin əsl səbəbləri məlum olub. Lent.az-ın verdiyi məlumata görə, Fransanın “Liberation” qəzeti qiyamçıların Benqazidə qurduğu müvəqqəti hökumətin hələ aprelin 3-də Qatar əmirinə yazdığı məktubu dərc edib.

Qiyamçılar məktubda bildiriblər ki, Benqazidə görüşlər zamanı Fransa hökuməti ilə razılığa gəliblər. Nikolya Sarkozi hökuməti Liviyanın xam neftinin hasilatının 35 faizinin Fransa şirkətlərinə həvalə edilməsinə söz verilməsi müqabilində qiyamçılara açıq və hərtərəfli hərbi dəstək vəd edib. Qiyamçılar da belə bir vəd veriblər.

Məktubun açıqlanması Fransa hökuməti və qiyamçılar üçün soyuq duş effekti yaradıb. Fransanın Xarici İşlər Nazirliyi həmin məktubun mövcudluğundan xəbərsiz olduğunu bəyan edib. Qiyamçıların qurduğu Liviya Milli Keçid Şurası isə “Liberation” qəzetində dərc olunmuş məktuba şərh verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar