Qəddafinin oğullarının yolları ayrıldı
Liviyada NATO və qiyamçıların ələ keçirməyə can atdığı prezident Müəmmər Qəddafinin oğullarından xəbər gəlib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, guya ki, Liviya prezidentinin oğlu Saadi Qəddafi qiyamçıları qardaşları adlandırıb və deyib ki, əgər təslim olması qardaş qanının tökülməsini dayandıracaqsa, axşam saatlarında təslim olmağa hazırdır.
Axşam saatlarında qiyamçıların Hərbi Şurasının sədr müavini Mehdi Harati də bildirib ki, Saadi Qəddafi təslim olarsa, təhlükəsizliyi qorunacaq. Mehdi Harati Saadi Qəddafi ilə telefonla əlaqə saxladıqlarını və hələ də tərəddüdlü olduğunu də qeyd edib.
Amma az sonra Saadi Qəddafinin adından “CNN” telekanalının müxbiri Nik Robertsona məktub gəlib. O, məktubunda təslim olmağa hazırlaşdığı barədə iddiaları təkzib edərək bildirib ki, atasının kifayət qədər tərəfdarı var və onlar sona qədər mübarizə aparacaqlar. Amma bu məktubun səhihliyi də şübhə doğurur.
Müəmmər Qəddafinin digər oğlu Seyfülislam Qəddafi isə təslim olmaq versiyasını qətiyyətlə rədd edib. Telefonla Suriyanın “Arrai” telekanalına bağlanan Seyfülislam Qəddafi müqavimətin davam etdiyini və qələbənin yaxında olduğunu söyləyib: “Hər liviyalı Müəmmər Qəddafi, hər liviyalı Seyfülislamdır. Düşmənlə harada qarşılaşırsınızsa, orada savaşın. Sirt şəhərində 20 min döyüşçümüz var. Tripolidəki Yaşıl meydanı azad etmək üçün yaxında gəlirik”. Seyfülislam Qəddafi atasının da vəziyyətinin yaxşı olduğunu bildirib.
Bu arada qiyamçıların Müəmmər Qəddafinin xarici işlər naziri Abdulati Əl Ubeydini həbs etdikləri xəbəri yayılıb.

609