“Ayrin” qasırğası ABŞ-a çatdı
27 avqust 2011 18:52 (UTC +04:00)

“Ayrin” qasırğası ABŞ-a çatdı

0
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, qasırğa ağacları kökündən çıxarır, şərq ştatlarında bir sıra sahil rayonlarını su basıb.

Su basmaların səbəbi qasırğanın okeanda suyun səviyyəsini qaldırmasıdır. Şimali Karolina ştatında Atlantik-Biç şəhərində körpünün bir qismi uçub. Küləyin sürəti saatda 130 kilometrə çatır, qasırğanın mərkəzində isə küləyin sürəti saatda 145 kilometrdir. Ştatın 160 min sakini elektrik enerjisindən məhrum olub.

Meteoroloqlar bildirirlər ki, əsas təhlükə küləyin gücü deyil, onun əhatə etdiyi ərazi və davamlılığıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar