ABŞ-ı “tarixi qasırğa” vuracaq
27 avqust 2011 10:36 (UTC +04:00)

ABŞ-ı “tarixi qasırğa” vuracaq

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, istirahətini yarımçıq qoyaraq geri dönən prezident Barak Obama qasırğanın çox təhlükəli olduğunu bəyan edib və amerikalıları ən pis vəziyyətə hazır olmağa çağırıb.

Bunun tarixi bir qasırğa olacağını söyləyən Barak Obama ABŞ-ın 7 ştatında, Şimali Karolina, Virciniya, Merilend, Delaver, Nyu-Cersi, Nyu-York, Konnektikut ştatlarında fövqəladə vəziyyət elan olunduğunu bildirib.

Ştatlarda məcburi evakuasiya başlanıb, insanlar üçün sığınacaqlar hazırlanır. Həftə sonu nəzərdə tutulan bütün tədbirlər ləğv edilib. Bu ştatların sakinləri mağazalara axışıblar, generator və qida məhsulları mağazalarda tükənib.
# 482

Oxşar yazılar