Qəddafinin Əlcəzairə qaçması xəbəri yayıldı
27 avqust 2011 10:25 (UTC +04:00)

Qəddafinin Əlcəzairə qaçması xəbəri yayıldı

Lent.az-ın verdiyi məlumata görə, bu barədə Misirin MENA agentliyi xəbər yayıb.

Liviyalı qiyamçılar bu avtomobillərdə ölkənin yüksək vəzifəli şəxslərinin, o cümlədən başına 1,7 milyon dollar mükafat qoyulan prezident Müəmmər Qəddafi və oğullarının olduğunu ehtimal edirlər. Liviya qiyamçıları ölkənin Milli İnvestisiya Fondundan 3 milyard dolların oğurlandığını da bildiriblər.

Bu arada Afrika Birliyi Liviya qiyamçılarının hökumətini tanımaqdan imtina edib. Bununla belə, Afrika Birliyi qiyamçıları bütün tərəflərin iştirakı və seçki yolu ilə yeni hökumət qurmağa çağırıb. Afrika Birliyinin toplantısında çıxış edən Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma deyib ki, bir neçə ay davam edən vətəndaş müharibəsindən sonra qiyamçıların hökumətini qanuni hökumət saymaq olmaz. Ancaq Afrika Birliyinə üzv olan 15 dövlət ayrılıqda Liviya qiyamçılarının qurduğu hökuməti tanıdığını bəyan edib.

Vətəndaş müharibəsinin acı nəticələri isə artıq üzə çıxmaqdadır. BBC-nin yaydığı məlumata görə, Döyüşlərin hələ də davam etdiyi Tripolidəki Ebu Salim Xəstəxanasında 200-dən çox qadın, kişi və uşaq cəsədi var. Cəsədlər xəstəxananın içində və çölündə səpələnib.
# 289

Oxşar yazılar

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

18 may 2024 , 19:24
Bu pivəni içən 10 nəfər  öldü

Bu pivəni içən 10 nəfər öldü

18 may 2024 , 17:45
Sevgilisinin cinsi orqanını kəsib öldürdü

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

18 may 2024 , 17:13
Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

18 may 2024 , 09:24
Bina çökdü, 33 ölü var

Bina çökdü, 33 ölü var

18 may 2024 , 05:11
Bişkekdə əcnəbilərlə dava düşdü

Bişkekdə əcnəbilərlə dava düşdü

18 may 2024 , 01:25
Rusiyada hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb

Rusiyada hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb

17 may 2024 , 22:37
NATO Ukraynaya  qoşun yeritmək   qərarına yaxınlaşdı - AÇIQLAMA

NATO Ukraynaya qoşun yeritmək qərarına yaxınlaşdı - AÇIQLAMA

17 may 2024 , 17:04