Rusiyada yol polisinin rüşvəti variantları
26 avqust 2011 19:53 (UTC +04:00)

Rusiyada yol polisinin rüşvəti variantları

Lakin şimal qonşularımızın qanun keşikçilərinin əl atdığı variantların analoqu yoxdur. Rüşvətlə mübarizə ciddiləşdiyi üçün polislər qeyri-adi variantlara əl atırlar. Lent.az bu üsullardan bir neçəsini sizlərə təqdim edir.

17 iyulda yol polisi Sverdlov vilayətində 30 yaşlı sürücünü qoşa xətti tapdaladığı üçün saxlayıb (Rusiyada bu çox kobud qayda pozuntusu hesab edilir). Sürücünün tanınmış inşaat firmasında işlədiyini bilən polis ondan rüşvəti birbaşa almır və tələb edir ki, onun evində sıradan çıxan istilik sistemini təmir etsin. Lakin mühəndis prokurorluğa xəbər verir və baş leytenant işini itirir. Məhkəmə bu məsələ ilə bağlı yaxın günlərdə qərar verəcək.

Xabarovsk diyarındakı rüşvət predmeti isə daha maraqlı olub (oktyabr 2010). Yol polisi “Moskviç”i sənədsiz idarə edən yeniyetməni saxlayıb. Polis 40 ədəd balıq verməsə avtomobili dayanacağa göndərəcəyini, balıqçıya isə cərimə yazacağını bildirib. Ertəsi gün 14 ədəd balıqla polisin görüşünə gələn oğlanı Federal Təhlükəsizlik Xidməti həbs edib. O yüngül cərimə ilə canını qurtarsa da, polis 5 il azadlıqdan məhrum edilib.

Eyni ərazidə ötən ilin avqustunda yol polisi texniki baxışdan keçməyən sürücüdən şəxsi avtomobili üçün 2 ədəd təkər istəyib.

Ural polisinin 3 əməkdaşı isə xidməti maşının təmirinə kömək istədiyi üçün 3 il şərti olaraq azadlıqdan məhrum edilib. Polislər sürət həddini aşan və qoşa xətti tapdalayan sürücü ilə belə şərt kəsiblər: xidməti maşının təmirinə kömək et, protokol yazmayaq.

Bu ilin iyulunda isə nasaz alkotesterlə sürücülərə kələk gələn 2 yol polisi Primoryedə həbs edilib.

Lakin Rusiyadakı polislərin heç də hamısı rüşvətxor deyil. Məsələn, ötən il Udmurtiyada restoranda işləyən xanım sürücünün təklifini rədd edən yol polisi bütün Rusiyada məşhurlaşıb. Yol polisi sürücünü saxlayarkən məlum olub ki, onun vəsiqəsi 2009-da ləğv edilib və bu qayda pozuntusuna görə gənc qadını 15 sutka həbs gözləyir. Barmaqlıqlar arasına getmək istəməyən qadın polisə restoranda bir il pulsuz yeyib-içmək təklif etsə də, polis bunu qəbul etməyib. Qadın sürücü pul təklif etdikdə isə müfəttiş əlavə kömək çağıraraq qadını həbs etdirib.

Məhkəmənin qərarı ilə qadın 1 il şərti olaraq azadlıqdan məhrum edilib. Polis isə rəhbərlikdən təşəkkür alıb.

Vüqar Yaşaroğlu
# 397

Oxşar yazılar